Təcili yardım sürücülərinə “miqalka” ilə bağlı xəbərdarlıq: Töhmət veriləcək

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Oqtay Gözəlov təcili tibbi yardım maşınlarının (ambulans) hərəkəti ilə bağlı maraqlı əmr imzalayıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, əmrdə qeyd olunur ki, ambulanslar xəstə aparmadan belə hərəkətdə olarkən sayrışan işıqlardan və xüsusi səs siqnallarından daim istifadə etməlidir.
Artıq direktorun bu qərarına əməl etməyən bəzi ambulans sürücüləri və həkim briqadası töhmət alıb. Belə ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Səbail rayonu üzrə bölmə müdirindən, briqada həkimindən və sürücüsündən izahat alınaraq, onlara yazılı xəbərdarlıq və töhmət verilib.
Qeyd edək ki, son günlər Bakıda təcili tibbi yardım avtomobillərinin sayrışan işıqları və xüsusi səs siqnallarını mütəmadi işə salaraq hərəkət etməsi şəhər sakinlərinin narazılığına səbəb olub.
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI
Pensiyalar təhlükə altındadır? – DSMF-də baş verənlər narahatlıq yaradır
Bakının bu ərazilərinə giriş ödənişli olacaq – Tarixi qərar…
Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ
DTX-dən silahlı birləşməyə qarşı əməliyyat: Həbs edilənlər var - FOTO











