Banner

Ermənistanda yeni Konstitusiya layihəsi nələri dəyişəcək? - POLİTOLOQ

Xəbərlər 23 Noyabr 2026 21:35
Ermənistanda yeni Konstitusiya layihəsi nələri dəyişəcək? - POLİTOLOQ
WhatsApp kanalımıza abunə olun

Ermənistanın yeni Konstitusiya layihəsində Qarabağla bağlı istinadın çıxarılması Azərbaycan-Ermənistan sülh prosesini yenidən gündəmə gətirib. Baş nazir Nikol Paşinyanın sülh müqaviləsinin imzalanmasını yeni Konstitusiyanın qəbulundan sonraya saxlaması isə bu prosesin gələcək perspektivləri ilə bağlı suallar yaradıb.

Avtosfer.az xəbər verir ki, Konstitusiya dəyişikliyinin sülh danışıqlarına və regiondakı siyasi proseslərə təsiri müzakirə olunur. Bəs Ermənistanın bu addımı sülh müqaviləsinin imzalanmasını yaxınlaşdıra bilərmi?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, əsas məsələ Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın yeni Konstitusiyadan çıxarılmasıdır:

''Bu, Azərbaycanın haqlı tələblərindən biri idi. Çünki həmin bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə qarşı ərazi iddiaları yer alırdı və bu iddiaların Ermənistan Konstitusiyasında əks olunması Azərbaycan tərəfindən qəbuledilməz hesab edilirdi. Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq və mövcud problemləri həll etmək istəyirsə, ilk növbədə məhz bu kimi məsələlərə xüsusi önəm verməlidir. Yeni Konstitusiya layihəsində artıq Müstəqillik Bəyannaməsinə istinadın nəzərdə tutulmaması sülh müqaviləsinin imzalanması prosesini sürətləndirə bilər. Lakin bu, Ermənistanda revanşist düşüncələrin tamamilə aradan qalxması demək deyil. Bunun üçün Ermənistan hökuməti ilk növbədə təhsil siyasətində ciddi dəyişikliklər etməli, cəmiyyətdə mövcud olan ərazi iddialarının və revanşist düşüncələrin aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirməlidir. Çünki bu məsələ yalnız hüquqi mexanizmlərlə həll oluna bilməz. Cəmiyyətin də hökumətin yürütdüyü siyasəti qəbul etməsi vacibdir. Bu dəyişiklik Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən birinin təmin olunması baxımından mühüm addımdır. Bununla bağlı Ermənistanda referendumun keçirilməsi də gözlənilir. Lakin ölkədə revanşist qüvvələrin mövcudluğu referendum prosesinə təsir göstərə və konstitusiya dəyişikliklərinin qəbuluna maneə yaratmağa yönəlmiş cəhdlərə səbəb ola bilər''.

Fatimə

Oxunub : 46
ŞƏRH YAZ
Ad

E-mail

Şərh