Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri BUZ BAĞLADI: Qəza baş verdi - FOTO

Bakı-Şamaxı-Yevlax yolunun bəzi hissələri buz bağlayıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, gecə saatlarında yağan qar və temperaturun dəyişməsi magistral yolda fəsadlar yaradıb. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Buzlaşma daha çox Qobustan rayonu ərazisindən keçən hissədə müşahidə olunur.
Yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) dörd nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi təyinatlı texnikaları əraziyə cəlb edilib. Yolun təhlükəli sayılan döngəli və enişli-yoxuşlu hissələrinə duz-qum qarışığı səpilib.
Sürüşmə səbəbindən yolun Şamaxıdan keçən hissəsində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb, xəsarət alan olmayıb.
Hazırda magistralın Qobustan, Şamaxı və Ağsu dolaylarından keçən hissələrində, həmçinin Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur, avtomobillər hər iki istiqamətdə sərbəst hərəkət edir.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB















