Bakıda 3 avtomobil toqquşub - VİDEO - FOTO

Nərimanov rayonunda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Ziya Bünyadov prospektinin rayon ərazisinə düşən hissəsində qeydə alınıb. Belə ki, Əliyev Rəşad Musa oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən avtomobildə nasazlıq yaranıb. Bu zaman R.Əliyev nəqliyyat vasitəsini yol kənarında saxlayıb.
Daha sonra arxadan gələn və Rzayev Fəxri Firudin oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil digər “Mercedes”ə çırpılıb. Zərbənin gücündən “Mercedes” Cəfərov Azər Azad oğlunun idarə etdiyi “Kia” markalı nəqliyyat vasitəsinə dəyib.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisə baş verən yolda tıxac yaranıb.
YPX əməkdaşları yolda tənzimləmə işləri aparıb. Hadisənin təfərrüatı araşdırılır.
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO












