Bakıda ağır qəza: “Niva” bir neçə dəfə aşaraq maneəyə çırpıldı, yaralılar var - VİDEO

Paytaxtın Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 26-da səhər saatlarında Buzovna yolunda qeydə alınıb.
İlkin məlumata əsasən, 77-EB-599 dövlət qeydiyyat nişanlı “VAZ-2121” (“Niva”) markalı avtomobil hərəkətdə olarkən “BYD” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə şahidlərinin iddiasına görə, qəzaya səbəb “Niva” sürücüsünün ardıcıl şəkildə manevr qaydalarını pozması olub.
Toqquşmadan sonra idarəetmədən çıxan “Niva” bir neçə dəfə aşaraq yolkənarındakı dəmir maneəyə çırpılıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
Qəza zamanı “Niva”nın sürücüsü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Babək prospektindəki qəzanın ANBAAN VİDEOSU
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












