Bakıda ağır qəza: Yaralılar var

Bakıda Nobel prospektində avtomobil qəzası baş verib. Qəza nəticəsində iki nəfərin yaralandığı bildirilib.
Sosial şəbəkələrdə təcili tibbi yardımın hadisə yerinə gec gəldiyinə dair paylaşımlar edilib.
Səhiyyə Nazirliyi qəza və təcili tibbi yardımın vaxtından gec gəlməsi ilə bağlı açıqlama yayıb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, təcili tibbi yardım avtomobilinin Nobel prospektində avtomobil qəzası baş verən əraziyə 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil.
Bildirilib ki, təcili tibbi yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib.
Ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.
Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












