Bakıda avtomobil avtobusla toqquşub, 4 nəfər xəsarət alıb

Bakının Sabunçu rayonunda minik avtomobili ilə avtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Avtosfer.az">Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
1994-cü il təvəllüdlü İbrahim Rəcəbov idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək qəsəbə ərazisində fəaliyyət göstərən 131 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə "VAZ 2106"-nın sürücüsü İ.Rəcəbov və sərnişinlər - 1996-cı il təvəllüdlü Həmidağa Babayev, 1997-ci il təvəllüdlü Mehdi Rəhimov və 1988-ci il təvəllüdlü İkram Rəcəbov xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. İ.Rəcəbova dizin sınığı diaqnozu qoyulub. Digər yaralılara isə ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR











