Bakıda avtomobil yolu keçən naməlum kişini vuraraq öldürüb

Bakıda avtomobil yolu keçən naməlum şəxsi vuraraq öldürüb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə oktyabrın 29-da, 21:30 radələrində, Nizami rayon, Heydər Əliyev prospektində baş verib.
Belə ki, paytaxt sakini Samir Mehdiyev etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia” markalı avtomobili ilə metronun “Koroğlu” istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən 40-50 yaşlarında şəxsiyyəti məlum olmayan kişini vurub.
3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan yaralı orada ölüb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












