Bakıda bu gecə iki piyada vurulub, sürücülər hadisə yerindən qaçıb
Qəzalar
7 Dekabr 2019 00:30

Yaralı xəstəxanaya yerləşdirilib
Bakıda piyadanı vuraraq sürücünün ərazidən qaçması ilə müşahidə olunan iki qəza hadisəsi baş verib.
Qəzalardan biri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Abdulov Rəşad Füzuli oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Digər hadisə isə Sabunçu raronunda qeydə alınıb. Qəza Kürdəxanı qəsəbəsində baş verib. Belə ki, “Mercedes” markalı minik avtomobili 1993-cü il təvəllüdlü Əliyev Yasin Vaqif oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxunub : 1706
DİGƏR XƏBƏRLƏR
4 Oktyabr 2026 23:32
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
4 Oktyabr 2026 09:40
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
2 Oktyabr 2026 19:24
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
2 Oktyabr 2026 13:00
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
2 Oktyabr 2026 10:06
Beyləqanda ağır qəza - ÖLƏN VAR
1 Oktyabr 2026 17:30
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
1 Oktyabr 2026 16:44
Bakı-Quba yolunda qəza: Ölən var
1 Oktyabr 2026 15:30
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
1 Oktyabr 2026 13:23
Şamaxıda ağır QƏZA - VİDEO
1 Oktyabr 2026 13:00
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
1 Oktyabr 2026 09:00
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
30 Sentyabr 2026 19:59
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
ŞƏRH YAZ











