Bakıda ərəb avtomobillə qəza törətdi, azyaşlı xəstəxanada öldü - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Səudiyyə Ərəbistanı vətəndaşı Ezzat Ahmed Khalid Ezzatın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 12-nə təyin edilib.
Hadisə bu ilin iyun ayında Bakının Nəsimi rayonunda, Vaqif küçəsi, 5 ünvanında baş verib.
Səudiyyə Ərəbistanından olan turist kirayə götürdüyü 90-AU-667 dövlət qeydiyyatı nişanlı, KİA markalı minik maşını ilə yolu keçən 2013-cü il təvəllüdlü Səlimov Səlim Arif oğlunu vurub.
1 saylı Klinik Tibbi Mərkəzə aparılan yaralıya ağır kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Sonradan azyaşlı ölüb.
Ezzat Ahmed Khalid Ezzata Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Anidən əks yola çıxmaq istədi qəza baş verdi - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var












