Banner

Bakıda eşitmə və danışma qüsurlu kişini avtomobil vurub

Qəzalar 7 Oktyabr 2019 09:55 Oxunub 1598
Bakıda eşitmə və danışma qüsurlu kişini avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

Həmin küçədəki mənzildə yaşayan eşitmə və danışma qüsurlu 1988-ci il təvəllüdlü Şirinov Sərxan Afət oğlu evlərinin yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb və ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh