Bakıda "Hyundai" "Kamaz"a çırpılıb, sürücünün iki ayağı sınıb

Qəzalar 8 Sentyabr 2019 08:05
Bakıda "Hyundai" "Kamaz"a çırpılıb, sürücünün iki ayağı sınıb
WhatsApp kanalımıza abunə olun
Vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yol qəzası baş verib.

“Report”un məlumatına görə, 23 yaşlı Mədətov Nicat idarə etdiyi "Hyundai" markalı avtomobillə ötmə əməliyyatı edərkən yol kənarında duran "Kamaz"a çırpılıb.

Nəticədə sürücü yaralanıb və xəstəxanaya yerləşdirilib. N.Mədətova hər iki ayağın açıq sınığı, körpücük sümüyünün sınığı və bədəninin çoxsaylı əzikləri diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Oxunub : 1211
ŞƏRH YAZ
Ad

E-mail

Şərh