Bakıda "Mercedes Vito" "Lada"ya çırpılıb, xəsarət alan var

Qəzalar 3 Noyabr 2019 09:06
Bakıda "Mercedes Vito" "Lada"ya çırpılıb, xəsarət alan var
WhatsApp kanalımıza abunə olun
Yaralı xəstəxanaya yerləşdirilib

Qaradağ rayonunda iki avtomobil toqquşub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, "Mercedes Vito" markalı avtomobil "Lada-2112" markalı avtomobilə çırpılıb. Hadisə zamanı "Lada"nın Elnur adlı sürücüsü (soyadı dəqiqləşdirilir - red) başından xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun sağ gicgah nahiyəsinin kəsilmiş yarası aşkarlanıb.

Oxunub : 1034
ŞƏRH YAZ
Ad

E-mail

Şərh