Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl səhər saatlarında Cəlal Qurbanov küçəsində qeydə alınıb.
Kadrlardan görünür ki, “Changan” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə məhəl qoymadan əks istiqamətli yola çıxaraq sola dönmək istəyir. Bu zaman o, qarşıdan gələn motosikletin yolunu kəsir və avtomobili qəfil görən moto sürücü qəzadan yayına bilmir.
Zərbənin təsirindən motosikletin sürücüsü yerə yıxılır. Həmçinin nəqliyyat vasitəsinə maddi ziyan dəyir.
Hadisə zamanı sola dönmə manevrini təhlükəsiz şəraitdə başa çatdırmayan sürücünün qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkətinə mane olduğu və nəticədə qəzaya səbəb olduğu görünür.
Nərmin
Babək prospektindəki qəzanın ANBAAN VİDEOSU
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












