Bakıda səfirlik avtomobili qəzaya düşdü: xəsarət alanlar var
Qəzalar
15 Oktyabr 2019 17:15
Oxunub 1307
Qəza zamanı sürücülər yüngül dərəcəli xəsarət alıb
Meksikanın Azərbaycandakı səfirliyinin avtomobili qəzaya düşüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Ə.Qasımzadə küçəsində qeydə alınıb.
Məlumata görə, Gülnarə Məmmədovanin idarə etdiyi "Mitsubishi" markalı avtomobil Meksika səfirliyinə məxsus, Abbas Ağabəyovun sürdüyü “BMW” markalı maşınla toqquşub.
Qəza zamanı sürücülər yüngül dərəcəli xəsarət alıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR