Bakıda sərxoş sürücü qəza törətdi: 1 ağır yaralı – VİDEO

Bakıda qəza törədən sərxoş sürücü Alkoqol Sərxoşluğunun Yoxlanılma Məntəqəsinə gətirilib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, sürücü Naxçıvan şəhər sakini Təbriz Cəfərli məntəqədə polisə müqavimət göstərərək qaçmağa cəhd edib. Onun bu cəhdinin qarşısı polis tərəfindən alınıb. Sürücü inzibati məsuliyyətə cəlb edilib. Qeyd edək ki, qəza nəticəsində ağır yaralanan sərnişin, 1990-cı il təvəllüdlü İbrahimov Kənan Şakir oğlunun da spirtli içki qəbul etdiyi məlum olub.
*** 02:23
Bakıda Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyat hadisısi baş verib. Belə ki, sərxoş şəkildə “Wolsvagen” markalı, 90 VH 161 dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü “Bağırov körpüsü” kimi tanınan ərazidə avtomobili yüksək sürətlə səkiyə çırpıb. Zərbənin təsirindən sərnişin pəncərədən çıxaraq yerə çırpılıb. Avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının, eləcə də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü saxlanılıb, faktla bağlı araşdırma aparılır.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR











