Bakıda yol hərəkəti qaydasını pozan sürücü qəza törədib - FOTO

Nəsimi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, Nasim Məmmədov idarə etdiyi 90-ZE-899 dövlət nömrə nişanlı "Toyota Corolla" markalı minik avtomobili ilə Azadlıq prospektində işıqforun qırmızı işığından keçərək yoluna davam edib. Bu zaman nəqliyyat vasitəsi Abbasqulu Ağa Bakıxanov küçəsində işıqforun yaşıl işığından keçən, Hafiz Məhəmmədovun idarə etdiyi 99-MM-449 dövlət qeydiyyatlı "İnfiniti" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Toyota" yol kənarındakı təhlükəsizlik kamerasının dirəyinə dəydikdən sonra dayanıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.Yol infrastrukturuna ciddi ziyan dəyib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYPŞ-nin əməkdaşları cəlb edilib.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO












