Bakıda yol qəzası olub, AzTV-nin 3 əməkdaşı xəsarət alıb

Paytaxtın Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası qeydə alınıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Milli Məclisin binası qarşısında baş verib.
Qəza zamanı AzTV-nin 3 əməkdaşı - 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahin oğlu, 1997-ci il təvəllüdlü Əzizova Aytac Akif qızı və 1992-ci il təvəllüdlü Talıbova Səbinə Fərhad qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya aparılıb. S.Cəfərzadəyə kəllə-beyin travması və təpə nahiyəsində əzilmiş-cırılmış yara, A.Əzizovaya və S.Talıbovaya döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Hadisə ilə bağlı "Report"a açıqlama verən AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov faktı təsdiqləyib. Onun sözlərinə görə, AztTV-nin əməkdaşlarının vəziyyəti müntəzəm olaraq nəzarətdə saxlanılır.
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var












