Balakəndə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Balakəndə baş verən yol qəzasında sürücü ağır xəsarət alıb.
Avtosfer.az">Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Sarıbulaq kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü İsa Fərhad oğlu Kahayev idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Kahayev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol gicgah və sağ tapə nahiyələrinin kəsilmiş-əzilmiş yarası diaqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












