Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ

Balakən rayonunun Katex kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Məlumatda qeyd edilir ki, hadisə nəticəsində xəstəxanaya hospitalizasiya olunan 1965-ci il təvəllüdlü şəxsə sol qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, sol qabırğaların çoxsaylı sınıqları, hemopnevmotoraks, sol baldır sümüklərinin yerdəyişmiş qəlpəli sınıqları və bədənin çoxsaylı əzilmələri diaqnozu təyin edilib.
Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Xatırladaq ki, avqustun 10-da Balakən rayonunun Katex kəndi ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Toyota", "Hyundai" və KIA markalı avtomobillərin toqquşması nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Məryəm Kamil qızı Hoorsova, "Toyota" markalı avtomobildə olan sərnişinlər - 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində, "Toyota"nın sürücüsü 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov isə xəstəxanada dünyasını dəyişiblər.
Hadisə zamanı "Hyundai" markalı avtomobildə olan sərnişin 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












