BDU-nun 78 yaşlı müəllimi avtobusdan yıxılaraq ağır xəsarət alıb - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosiologiya kafedrasının müəllimi, 1941-ci il təvəllüdlü Fazil Vahidov avtobusdan yıxılaraq ağır xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda, Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, F.Vahidov 39 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa minmək istəyən zaman sürücü qəfildən avtobusu idarə etməyə başlayıb. Bu zaman F.Vahidov yıxılaraq ağır xəsarətlər alıb. O, özəl xəstəxanalardan birinə yerləşdirilib və əməliyyat olunub.
Qeyd edək ki, F.Vahidov 1970-ci ildən BDU-da çalışır. O, fəlsəfə elmləri namizədi və 1974-cü ildən BDU-nun dosentidir. 2007-ci ildə "İlin müəllimi" fəxri adına layiq görülüb.
Prezident İlham Əliyevin 2019-cu ilin noyabrın 25-də BDU-nun əməkdaşlarına fəxri adların verilməsi haqqında imzaladığı sərəncamla Fazil Qulam Mirzə oğlu Vahidov 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB












