Bərdədə ağır yol qəzası: 10 nəfər xəsarət aldı - FOTO - ADLAR

Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son durumu açıqlanıb. TƏBİB-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.
***
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Bəhrəmtəpə stansiyası–Mingəçevir avtomobil yolunda olub. Hərəkətdə olan “VAZ-21015” markalı maşın “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən “Mercedes” markalı avtomobil yol kənarındakı kanala düşüb. Qəza nəticəsində 10 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər aşağıdakılardır:
Babayev Orxan Vüqar oğlu (1994)
Hacıyev Röyal Rövşən oğlu (2004)
Hətəmov Ayxan Natiq oğlu (2007)
Nəcəfli Mirşahin Yeımar oğlu (2007)
Paşayev Efras Ayaz oğlu (1979)
Həmidova Rabella Əlibaba qızı (1990)
Həmidzadə Ömər Kamandar oğlu (2018)
Həmidova Səkurə Yaqub qızı (1964)
Həmidov Həmid Fərrux oğlu (1963)
Həmidov Kamandar Həmid oğlu (1988).
Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)



Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO
Faciəvi qəzada ölən yeniyetmənin FOTOsu
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
İki yük avtomobilinin toqquşduğu ərazidə hərəkət bərpa olundu - YENİLƏNİB
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO












