Biləsuvarda qəzada yanıq xəsarəti alan digər sürücü də öldü - FOTO

Biləsuvar rayonunda benzin daşıyan avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan Biləsuvar sakini, 1987-ci il təvəllüdlü Məmmədov Emin Sarıbaba oğlu müalicə aldığı xəstəxanada ölüb.
"Report"un Muğan bürosunun məlumatına görə, noyabrın 22-də baş vermiş qəzada yanıq xəsarətləri alan köməkçi sürücü müalicəsinin davam etdirilməsi üçün Bakıya göndərilmişdi. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, E. Məmmədov sürücü həmkarını xilas etmək istəyən zaman yanıq xəsarətləri alıb.
Qeyd edək ki, Bakıdan Naxçıvana gedən 1978-ci il təvəllüdlü Kələntərov Yavər Rəşid oğlunun idarə etdiyi "DAF" markalı 99-CZ-868 dövlət qeydiyyatı nişanlı yanacaqla dolu avtomobil yol kənarına aşıb və nəticədə yanğın baş verib. Hadisədə avtomobilin yanar hissələri, eləcə də çəndə olan 38 ton “Aİ-93” markalı benzin yanıb. Y.Kələntərovun meyiti yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. E.Məmmədov isə əl və üz nahiyələrindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib. Daha sonra onun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə köçürülmüşdü.
Zabratda sərnişin avtobusu yük maşını ilə toqquşub - FOTOLAR - YENİLƏNİB
Skuter sürücüsünün təhlükəli qayda pozuntusu qəza ilə nəticələndi - ANBAAN VİDEO
Ağır qəza: ÖLƏN VAR
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB












