Bu ilin 6 ayı ərzində baş verən 533 qəzada 285 nəfər ölüb – RƏSMİ AÇIQLAMA

Azərbaycanda son aylarda baş verən yol-nəqliyyat hadisələrinin sayı və bu qəzaların ağır nəticələri yol təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, xüsusilə ölümlə və ağır xəsarətlə nəticələnən qəzaların hansı səbəblərdən baş verməsi, sürücülərin ən çox hansı qayda pozuntularına yol verməsi cəmiyyətdə maraq doğurur.
Mövzu ilə bağlı Dövlət Yol Polisi İdarəsi Avtosfer.az-ın sorğusun cavab olaraq bildirib ki, cari ilin ilk yarımili ərzində respublika ərazisində ümumilikdə 533 yol-nəqliyyat hadisəsi qeydə alınıb:

"Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 fakt az olmaqla, yol hərəkəti təhlükəsizliyi sahəsində görülən tədbirlərin müəyyən nəticələr verdiyini göstərir. Baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 285 nəfər həyatını itirib, 404 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin eyni dövrü ilə müqayisədə həlak olanların sayı 28, xəsarət alanların sayı isə 95 nəfər azalıb. Statistik göstəricilər yol-nəqliyyat hadisələrinin və onların ağır nəticələrinin azalması istiqamətində müsbət dinamikanın müşahidə olunduğunu nümayiş etdirir. Bununla yanaşı, mövcud vəziyyət yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində profilaktik tədbirlərin, sürücülərin və piyadaların məsuliyyətinin artırılmasının, həmçinin yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyini bir daha ön plana çıxarır".
Hüquqşünas Ərşad Hüseynovun fikrincə isə, son 6 ayın statistikasına nəzər saldıqda yol-nəqliyyat hadisələrinin sayında müəyyən dəyişikliklərin olduğu görünür:
"Bəzi dövrlərdə azalma, bəzi dövrlərdə isə artım müşahidə olunsa da, ümumilikdə yol təhlükəsizliyi sahəsində davamlı və geri dönməz müsbət nəticələr hələ də əldə olunmayıb. Bunun əsas səbəblərindən biri yol hərəkəti təhlükəsizliyi ilə bağlı qəbul edilmiş dövlət proqramının nəzərdə tutulduğu səviyyədə icra olunmamasıdır. Bu sahədə kompleks və davamlı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Yol infrastrukturunda mövcud problemlər, qaranlıq və kifayət qədər işıqlandırılmayan ərazilər, yol örtüyündəki çuxurlar və çatlar, nişanlanma və svetoforlarla bağlı çatışmazlıqlar hələ də qalmaqdadır. Bu amillər sürücüləri bəzən təhlükəli manevrlər etməyə məcbur edir və qəza riskini artırır. Sürücülərin hazırlıq səviyyəsində və piyadaların maarifləndirilməsində də boşluqlar mövcuddur. Yol hərəkəti iştirakçıları bir-birini rəqib kimi deyil, eyni təhlükəsizlik mühitinin ayrılmaz hissəsi kimi qəbul etməlidirlər. Piyada da, sürücü də eyni cəmiyyətin üzvüdür və hər iki tərəfin məsuliyyətli davranışı vacibdir".
Hüquqşünas qeyd edib ki, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin gücləndirilməsi, yol infrastrukturunun yaxşılaşdırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və yollarda qarşılıqlı hörmət mədəniyyətinin formalaşdırılması ağır yol-nəqliyyat hadisələrinin sayının azalmasına mühüm töhfə verə bilər. Hazırda yollarda müşahidə olunan aqressiv davranış mühiti isə qarşılıqlı etimadı zəiflədir və ağır qəzaların baş verməsinə zəmin yaradır.
Fatimə
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












