Bu ölkədə helikopter qəzaya uğradı; yüksəkvəzifəlilər öldü

Argentinada meşə yanğınları ilə mübarizəyə hazırlıq məqsədilə keçirilən təlim uçuşu faciə ilə nəticələnib.
Avtosfer.az xəbər verir ki, San-Xuan şəhərindən havaya qalxan “Bell 412” tipli helikopter qısa müddət sonra dispetçerlə əlaqəni kəsərək qəzaya uğrayıb.
Hadisə nəticəsində helikopterdə olan 7 nəfərin hamısı həyatını itirib.
“Bell 412” yerli vaxtla saat 10:30 radələrində San-Xuandan meşə yanğınları ilə mübarizə üzrə təlim uçuşu üçün havaya qalxıb. Təxminən 4 min fut yüksəklikdə uçan helikopterlə dispetçer arasında radio əlaqəsi qısa müddət sonra kəsilib.
Bundan sonra bölgəyə axtarış-xilasetmə qrupları göndərilib. Aparılan axtarışlar nəticəsində helikopterin qəzaya uğradığı müəyyənləşdirilib. Səlahiyyətlilər göyərtədə olanların heç birinin sağ qalmadığını açıqlayıb.
Həlak olanlar arasında San-Xuan Polis Departamentinin yüksəkvəzifəli əməkdaşları, yanğınsöndürmə xidməti və mülki müdafiə qurumlarının rəhbər şəxsləri də olub.
Qəza nəticəsində polis rəisinin müavini Marselo Videla, yanğınsöndürmə xidmətinin rəhbəri Ruben Kastro, Mülki Müdafiə direktoru Karlos Heredia və yanğınsöndürmə rəisinin müavini Xorxe Karbaxal da həyatını itirib.
İlkin məlumata görə, qəza zamanı bölgədə uçuş üçün təhlükəli hava şəraiti olmayıb. Helikopter Milli Yanğınla Mübarizə Agentliyinin təşkil etdiyi, təxminən 50 təcili yardım əməkdaşının iştirak etdiyi təlim proqramında istifadə olunurdu.
Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmaya başlanılıb.
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












