Cəlilabadda AĞIR QƏZA: Dörd nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyev qeyd edib ki, hadisə bu gün saat 13:30-da köhnə Ələt-Astara yolunun 125-ci kilometrliyində qeydə alınıb.
"Pərviz Tələt oğlu Mirzəzadənin idarə etdiyi "ZiL Qaz 53" markalı 15-BN-418 dövlət nömrə nişanlı avtomobillə Fərid Rüstəm oğlu Mahmudovun idarə etdiyi KIA markalı, 77-CP-337 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə "ZiL"dəki sərnişin Fikrət Paşa oğlu Əliyev xəsarət alıb. Digər şəxslərin xəsarət alması ilə bağlı məlumat yoxdur. Sadəcə olaraq xəstəxanaya müraciət ediblər. Faktla bağlı araşdırma aparılır", - deyə E.Hacıyev bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 4-də saat 14:00 -da baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan beş nəfər (üç kişi, iki qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilən dörd nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Xəsarət alan 1994-cü il təvəllüdlü şəxs (kişi) dərhal cərrahi əməliyyata alınıb. Vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.
***15:09
Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
"ZiL" və KIA markalı maşınlarının toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Hadisə zamanı xəsarət alan dörd nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Salyanda qəzada ölənlərin FOTOsu
Körpüdə ağır yol qəzası; 3 maşın bir-birinə çırpıldı - VİDEO
Qubada “VAZ” dirəyə çırpılıb, xəsarət alan var
Salyanda "Prado" "06" ilə toqquşdu; ölənlər və xəsarət alanlar var - ADLAR - FOTO - VİDEO
Bakı-Qazax yolunda 2 "TIR" aşıb - VİDEO
İsmayıllıda idarəetmədən çıxan avtomobil quyuya düşdü - VİDEO
Hövsanda zəncirvari qəza: Yük maşını avtobus və “BYD”ə çırpıldı - VİDEO
İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOsu
Naxçıvanda AĞIR QƏZA: 16 yaşlı yeniyetmə öldü - YENİLƏNİB
Kürdəmirdə yük avtomobili aşdı - FOTO
İsmayıllıda maşınla motosiklet toqquşdu - Ölənlər var - ADLAR - VİDEO












