Cəlilabadda AĞIR QƏZA: Maşın aşdı - YENİLƏNİB

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (iki kişi, bir qadın, bir azyaşlı) avqustun 7-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanıb./oxu.az
***09:41
Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı detallar məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, qəza gecə saat 02:00 radələrində rayonun Soltankənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, BMW markalı, 77-QS-771 dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edən Elbrus Fərman oğlu Qafarov nəqliyyat vasitəsinə nəzarəti itirərək avtomobili aşırıb.
Hadisəyə sürücünün yolu yaxşı tanımaması və döngədə idarəetməni itirməsi səbəb olub.
Qəza nəticəsində xəsarət alanların sürücünün ailə üzvləri deyil, yaxın qohumları - qardaşının həyat yoldaşı və nəvəsi olduğu, onların ciddi xəsarət almadıqları qeyd olunur.
***09:18
Cəlilabadda avtomobilin 50 metr hündürlükdən aşması nəticəsində 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobil təxminən 50 metr hündürlükdən aşıb.
Qəza zamanı avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya hospitalizasiya olunublar.
Xəsarət alanlar Yardımlı rayon sakini; 1980-ci il təvəllüdlü Elbrus Fərman oğlu Qafarov, Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü S. Qafarov və 2025-ci il təvəllüdlü M. Məmmədovadır.
Faktla bağlı araşdırma aparılır.
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












