Cəlilabadda avtomobil aşdı - Xəsarət alan var - YENİLƏNİB

24.11.2025-ci il tarixində saat 13:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1995-ci il təvəllüdlü şəxs (kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, ona başın təpə nahiyəsinin əzilmiş, cırılmış yarası, çanaq və baldırın küt travması, sağ baldırın orta 1/3-də qapalı qəlpəli yerdəyişmiş sınıq diaqnozu təyin edilib.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir./unikal
***14:18
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 142-ci km-də Cəlilabad rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə gələn təcili yardım avtomobili ilə yaralı Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












