Cəlilabadda qəza: xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Cəlilabadın Göytəpə şəhərindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyunun 23-ü, saat 11:00-da yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlardan 1998-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın küt travması, gicgah təpə nahiyəsinin iri həcmli hematoması, sağ dirsək və said nahiyəsinin tam əhatə edən cırılmış yarası, (qadın cinsli) şəxsə isə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda onların instrumental-diaqnostik müayinələri davam etdirilir", - deyə məlumatda bildirilir.(oxu.az)
***12:06
Cəlilabad rayonunda yol qəzası baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Cəlilabadın Göytəpə şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin sürücüsü qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan bir sərnişin ağır xəsarətlər alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












