Cəlilabadda sürücü yola qəfil çıxan qoyunları vurdu - ANBAAN VİDEO

Cəlilabad rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan görünür ki, hərəkətdə olan 99-RB-622 dövlət nömrə nişanlı “VAZ-2110” markalı avtomobilin sürücüsü qəfil yola çıxan qoyunları vurub. Sürücü heyvanları görərək sola manevr etsə də, qəza qaçılmaz olub. Hadisə nəticəsində heyvanlardan biri ölüb, avtomobilə isə maddi ziyan dəyib.
Qeyd edək ki, sürücülər yol boyunca hər zaman hərəkətdə olan heyvanlara qarşı diqqətli olmalı, qəza hallarının qarşısını almaq üçün ehtiyatlı davranmalıdırlar. Yola çıxan ev və təsərrüfat heyvanlarının vurulması sürücünün diqqətsizliyi nəticəsində baş veribsə, bu qanunvericilik baxımından inzibati məsuliyyət yarada bilər. Eyni zamanda, heyvanların sahiblərinin də yol təhlükəsizliyinə nəzarət etmək öhdəliyi var və heyvanların yolda sərbəst dolaşmasına icazə vermək qadağandır.
Yol Hərəkəti Haqqında Qanun”un 47-ci maddəsinə əsasən, mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Mal-qara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. Eyni zamanda xırda və iribuynuzlu heyvanları asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır.
Nərmin
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












