Cəlilabadda yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub - FOTO

Cəlilabad rayonunda ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, yaralılar- Masallı rayon sakinləri, sürücü 1955-ci il təvəllüdlü Dadaşov Şikar Əli oğlu, sərnişinlər, 1961-ci il təvəllüdlü Dadaşova Xatirə Əyyub qızı, 1984-cü il təvəllüdlü Dadaşova Xəyalə Şikar qızı və 2006-cı il təvəllüdlü Əlibəyli Elmin Emin oğludur. Hadisə nəticəsində 1980-ci il təvəllüdlü Masallı rayon sakini, Əlibəyli Emin İntiqam oğlu isə dünyasını dəyişib. Sürücünün vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Masallı rayonundan Cəlilabad rayonunda Dələli kəndindəki ziyarətgaha gedən qohumların olduğu "Mercedes" markalı minik avtomobili sərt döngədə idarəetməni itirərək aşıb. Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***10:37
Cəlilabad rayonunda ağır yol qəzası baş verib. Hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir. Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir. Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR













