Banner

Cəlilabadda zəncirvari yol qəzası: xəsarət alan var

Qəzalar 8 Oktyabr 2019 09:07 Oxunub 975
Cəlilabadda zəncirvari yol qəzası: xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, "QAZel" markalı yük maşını, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobilləri toqquşub. Nəticədə rayon sakini, 1956-cı il təvəllüdlü Abbasov Əlövsət Məhərrəm oğlu xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh