“Changan” aşıb ağaca çırpıldı; 17 yaşlı sürücü öldü - FOTO

Sürücülük vəsiqəsi olmayan yeniyetmə qız ağır qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə Moskva vilayətinin Şatura bələdiyyə dairəsində baş verib.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, sürücülük hüququ olmayan 17 yaşlı yeniyetmə idarə etdiyi “Changan” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Bundan sonra nəqliyyat vasitəsi aşıb və sürüklənərək yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 17 yaşlı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər — 13 və 15 yaşlı iki məktəbli qız isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hazırda faciənin başvermə səbəbləri, həmçinin yetkinlik yaşına çatmayan şəxsin avtomobilin açarlarına necə sahib olduğu araşdırılır.
Namiq Musayev
Babək prospektindəki qəzanın ANBAAN VİDEOSU
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB













