“Changan Azərbaycan” qəzaya düşən avtomobil üçün 5 aydır detalları gətirib çıxara bilmir - FOTO

“Changan Azərbaycan” Bakıda qəzaya düşən avtomobil üçün müştəri tərəfindən sifariş edilən ehtiyat hissələrini təxminən beş aya yaxındır ki, gətirib çıxara bilmir.
Avtosfer.az xəbər verir ki, bu xoşagəlməz hadisə ilə sürücü Fidan Həsənzadə qarşılaşıb.
“Changan CS15” markalı avtomobil idarə edən sürücü cari ilin mart ayının 19-da qəzaya düşdüyünü və aprelin əvvəlində avtomobili servisə apardığını xatırladıb.
Sürücü söyləyib ki, ilkin baxış və qiymətləndirmədən sonra ona bir neçə detalın ölkəyə gətirilməsinin zəruri olduğu bildirilib.
F.Həsənzadə qeyd edib ki, sığorta bu qəzada zərəri çox yüksək məbləğdə qiymətləndirib:
“Lakin artıq 4 ay yarım – demək olar ki, 5 aydır – Changan servisi maşınımın detallarını gətirib çıxarmır. Bununla yanaşı, avtomobilimi başqa yerdə təmir etməyimə də icazə vermir. Əks halda 2027-ci ilədək qüvvədə olan və avtomobilin motor, karobka və s. kimi hissələrinə aid olan zəmanət düşəcək.
Bütün bunlara baxmayaraq, uzun müddətdir ki detalların gətirilməsini gözləyirəm. Sığortadan aldığım məlumata əsasən, maşının detallarının gətirilməsinə qədər servis avtomobili müvəqqəti detallarla təmin etməli və təmir etməlidir. Detallar gəldikdən sonra isə onların yenilənməsi həyata keçirilməlidir.
Lakin Changan servisi bunu da etmir. İstər şirkət rəhbərliyinə, istər servis rəhbərliyinə müraciət etsəm də, 5 aydır proses bu şəkildə davam edir. Mənə çox maraqlıdır ki, bu məsələ nə vaxt düzələcək.
Baxmayaraq ki Changan bazarda artıq tanınmış və özünü sübut etmiş brenddir, servisin belə bərbad çalışması brend haqqında olan fikirləri də tərsinə çevirir”. (index.az)
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO












