Çirkab suları daşıyan avtomobil qəzaya uğradı: ətrafı üfunət bürüyüb - VİDEO

Qəzalar 5 Dekabr 2019 21:15
Çirkab suları daşıyan avtomobil qəzaya uğradı: ətrafı üfunət bürüyüb - VİDEO
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Xaçmaz rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Xudat şəhəri ərazisində, Nabran yolu istiqamətindəki körpünün yaxınlığında qeydə alınıb. Belə ki, "QAZ-53" markalı çirkab suları daşıyan yük maşını "Mitsubishi L200" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib, həmçinin tullantı ətrafa dağıldığından ərazini üfunət bürüyüb.

Faktla bağlı araşdırma aparılır.

 

Oxunub : 2168
ŞƏRH YAZ
Ad

E-mail

Şərh