Dairəvi yolda yük maşınının qoşqusu arakəsmədə ilişib qaldı - FOTO-VİDEO - YENİLƏNİB

Bakı Kənar Dairəvi yolunda qəribə yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəza fevralın 11-də saat 09:30 radələrində qeydə alınıb: “Yol-nəqliyyat hadisəsi Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində (Bakı istiqamətində) qeydə alınıb. Qəzaya səbəb yük maşınının qoşqusunda yaranmış texniki nasazlıq olub. Nəticədə qoşqu yedəkçi avtomobildən ayrılaraq yolun ortasındakı maneələrin üzərinə çıxıb. Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti bölüyünün əməkdaşları cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində qoşqu maneədən çıxarılıb və təhlükəsiz hərəkətin təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirilib”.
Nərmin






Babək prospektindəki qəzanın ANBAAN VİDEOSU
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












