DİN Şəmkirdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb

Qəzalar 30 Oktyabr 2019 15:06
DİN Şəmkirdə baş verən ağır qəza ilə bağlı məlumat yayıb
WhatsApp kanalımıza abunə olun
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində kənd sakini Babək Qurbanovun idarə etdiyi “VAZ-2106” və Sabirkənd kənd sakini S.Allahverdiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə B.Qurbanov və S.Allahverdiyevin sərnişinlərindən - Düyərli kənd sakinləri Ramin Bağırov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxunub : 1143
ŞƏRH YAZ
Ad

E-mail

Şərh