Dumanlı hava ağır yol qəzasına səbəb oldu: 3 ölü, 2 yaralı - FOTO

Türkiyənin Kastamonu vilayətində mikroavtobusun və TIR-ın iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident səhər saatlarında Kastamonu – İnebolu avtomagistralının Seydilər rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, havanın dumanlı, yolun buzlu və sürüşkən olması səbəbindən Cəfər Qızıldağın idarə etdiyi 73 SE 563 qeydiyyat nömrə nişanlı çınqıl yüklü TIR, yolun əks istiqamətindən gələn Saleh Emikinin idarə etdiyi 37 BF 334 qeydiyyat nömrə nişanlı mikroavtobusla toqquşub. Zərbənin şiddətindən TIR aşıb, mikroavtobus isə deformasiyaya uğrayıb.
Nəticədə mikroavtobusdan olan 1-i yeniyetmə, 3 nəfər dünyasını dəyişib, daha 2 nəfər isə hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev



Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO











