Əhmədlidə dəhşətli qəza: “Volkswagen”ə çırpılan piyadalar tanınmaz hala düşdü, biri öldü - VİDEO

Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 30-da gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan "Volkswagen Passat" markalı avtomobilin sürücüsü piyada keçidindən keçən 2 nəfəri vurub. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Ölənlərdən biri - Füzuli rayonunun Qarakollu kənd sakini, magistratura üzrə təhsilini fərqlənmə ilə yenicə başa vurmuş Siruz Famil oğlu Əhmədzadədir. O, bankda işləyirmiş. Siruzun atası qazi və şairdir. Siruz dostu ilə məşqdən qayıdarkən yüksək sürətlə gələn avtomobil onları vurub. Ardınca idarəetməni itirən maşın ağaca çırpılıb. Avtomobil qəza törədən sürücüyə məxsus deyilmiş. Faktla bağlı araşdırma davam edir.
Nərmin
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












