“Ford” bir qrup məktəblini vurdu: 1 ölü, 4 yaralı - FOTO

İngiltərədə avtomobilin məktəblilərin üzərinə sürülməsi nəticəsində 12 yaşlı yeniyetmə ölüb. Avtosfer.az xəbər verir ki, insident ötən gün Essex qraflığının Louson şəhərində qeydə alınıb. Bu barədə Essex polis məlumat yayıb.
“Biz bazar ertəsi Louson şəhərində ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi açmışıq. Təəssüf ki, 12 yaşlı oğlan dünyasını dəyişib. Biz, hadisə ilə bağlı hər hansı məlumatı olan vətəndaşlardan polisə bildirmələrini xahiş edirik”, - Essex polisinin “Twitter” səhifəsində deyilir.
Məlumdur ki, qəza yerli vaxtla 15.20-də, dərsələr bitdikdən sonra baş verib.
Gümüşü rəngli “Ford KA” markalı avtomobilin sürücüsü toqquşmadan sonra saxlamayaraq hadisə yerindən qaçıb. Qəzada həmçinin 15-13-16 yaşlarında 3 yeniyetmə və 53 yaşlarında bir qadın da xəsarət alıb. Onların həyata üçün heç bir təhlükənin olmadığı bildirilib.
Polis hazırda qəzanı törədərək qaçan sürücünü və avtomobili axtarır.
Namiq Musayev
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB












