"Ford" "Mercedes"lə toqquşdu: 3 yaralı

Astarada yük və minik avtomobilləri toqquşub, üç nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə hadisə Ələt-Astara magistralının Astara rayonu, Təngərüd kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Təngərüd kənd sakini Əhməd Sabutay oğlu Əsgərovun idarə etdiyi "90-MR-526" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili həmkəndlisi, 1965-ci il təvəllüdlü Arzu Əlislam oğlu Əsgərovun idarə etdiyi "99-GE-476" dövlət qeydiyyat nişanlı "Ford" markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. "Mercedes"in sürücüsü Ə.Əsgərov və sərnişini, 1993-cü il təvəllüdlü Ramiz Pərviz oğlu Əsgərov Reanimasiya şöbəsinə yerləşdirilib. R.Əsgərovun vəziyyəti daha ağır olduğundan Bakıdan həkim briqadası çağırılıb. Digər yaralı, yük avtomobilində olan sərnişin, 1972-ci il təvəllüdlü Kəmalə Şair qızı Allahverdiyeva isə Travmatologiya şöbəsinə yerləşdirilib.
Qəzaya səbəb "Mercedes"in qarşısına iribuynuzlu heyvanın çıxması olub.
Faktla bağlı araşdırma aparılır.
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO












