Banner

Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB

Qəzalar 14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Gədəbəy rayonunun Çanaqçı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan dörd nəfər (bir kişi, üç azyaşlı) oktyabrın 13-də saat 23:45-də Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Hadisə nəticəsində bir nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilib./oxu.az

***11:18

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az report-a istinadən xəbər verir ki, qəza Çanaqçı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov idarə etdiyi "VAZ 2107" markalı avtomobili yol kənarına aşırıb.

Məlumata görə, nəqliyyat vasitəsində sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova, oğlu, 2016-cı il təvəllüdlü Əli Şukur oğlu Ələkbərov, qızları, 2014-cü il təvəllüdlü Əsli Şukur qızı Ələkbərova və 2012-ci il təvəllüdlü Əsmər Şukur qızı Ələkbərova olub. Qəza nəticəsində sürücünün arvadı Səyyarə Ələkbərova hadisə yerində ölüb, oğlu Əli Ələkbərov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Oxunub : 212
ŞƏRH YAZ
Ad

E-mail

Şərh