Gədəbəydə qəzada ölən şəxs müəllim imiş - YENİLƏNİB

Gədəbəydə minik maşının aşması zamanı ölənlərdə biri müəllim digəri isə müəllimin həyat yoldaşı olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəzada ölən 52 yaşlı Asəf Tapdıqov rayonun Çiçəkli kənd orda məktəbinin ingilis dili müəllimi olub.
Qəzada həyatını itirən digər şəxs 34 yaşlı Azadə Məmmədova isə Çiçəkli kənd tam orta məktəbinin riyaziyyat müəllimi olan Rüfət Məmmədovun həyat yoldaşıdır.
Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Gəbəbəy rayonunun Şahdağ kəndi ərazisində baş verib. Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Vüsal Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.
Avtomobildə olan digər 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***22:41
Xəbər verdiyimiz kimi, avqustun 3-də saat 18 radələrində Gədəbəy rayonunun Şahdağ kəndinin dağlıq ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəzada hadisə yerində ölən 1973-cü il təvəllüdlü Asəf Tapdıqov müəllim olub. O, özəl kursların birində xarici dil müəllimi kimi çalışıb.
Qeyd edək ki, qəzada ölən digər şəxs 1991-ci il təvəllüdlü Azadə Məmmədovadır. Daha 4 nəfər isə yaralanıb.
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO
Mingəçevirdə qəza: “Chevrolet” sürücüsü “VAZ”ı vurub maneəyə sıxışdırdı - VİDEO












