Gəncədə piyadanı avtomobillə vuran sürücü ərazidən yayınıb
Qəzalar
27 Oktyabr 2019 21:06
Oxunub 1249

Faktla bağlı araşdırma aparılır
Gəncədə piyadanı avtomobil vurub.
Avtosfer.az">Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik maşını orta yaşlı bir kişini vurub. Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onu avtomobillə vuran sürücü isə ərazidən yayınıb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













