Banner

Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO

Qəzalar 24 Noyabr 2026 11:06
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı   - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə olun

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 24-də saat 17:02 radələrində Mir Cəlal Paşayev küçəsində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, “BMW” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə məhəl qoymadan geriyə manevr edib. Bu zaman həmin istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil ona çırpılıb.

Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, geriyə hərəkət zamanı sürücü digər hərəkət iştirakçılarına maneə və təhlükə yaratmadığına əmin olmalıdır. 

Nərmin

bax.tvhttps://bax.tv/embed/229184.html

 

 

Oxunub : 582
ŞƏRH YAZ
Ad

E-mail

Şərh