Banner

Sabah Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq

Sosial 24 Noyabr 2026 14:11
Sabah Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq
WhatsApp kanalımıza abunə olun

Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.

Avtosfer.az xəbər verir ki, qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.

Qarşılaşmadan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək. Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.

Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi dəyişdirilməyəcək.

 

Oxunub : 114
ŞƏRH YAZ
Ad

E-mail

Şərh