Gəncədə yol qəzasında 8 nəfər xəsarət aldı - YENİLƏNİB

Gəncə şəhərində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 9-da saat 20:50 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə 8 nəfər (7 qadın, 1 kişi cinsli) hospitalizasiya olunub.
TƏBİB-dən Avtosfer.az-a verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Akademik Z.Məmmədov adına xəstəxananın və Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbələrində zəruri tibbi xidmətlər göstərilib.
Hazırda 1 nəfərin (qadın cinsli) müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
***
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai Elantra” ilə "Chevrolet" markalı iki minik avtomobili toqquşub.
Qəzadan sonra zərbənin təsirindən avtomobillərin biri yolun kənarında səkidə dayanan bir neçə piyadanı vurub.
Qəza zamanı ümumilikdə 8 nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Onların hər birinə yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Qəza nəticəsində xəsarət 1996-cı il təvəllüdlü M. Məmmədzadə, 1968-ci il təvəllüdlü R. Həsənova, 1994-cü il təvəllüdlü R. Həsənov, 1989-cu il təvəllüdlü G. Qurbanova, 1968-ci il təvəllüdlü S. Əsgərova, 2006-cı il təvəllüdlü X. Əliyeva, 1979-cu il təvəllüdlü P. Zeynalova və 1958-ci il təvəllüdlü R. Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












