Göyçayda ana və iki azyaşlı övladı qəzada xəsarət alıb

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, Göyçay rayonunda 99-JL-405 dövlət nömrə nişanlı "SHACMAN" markalı avtomobili aşıb. Eyni ərazidə hərəkətdə olan 99-RF-546 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobilinin sürücüsü, Goranboy sakini, Quliyev Sakit Salman oğlu yolda qəzaya uğramış həmin yük avtomobilinə baxarkən qəflətən idarəetməni itirib və qarşı tərəfdən gələn Göyçay sakini Kərimov Fazil Fərhad oğluna məxsus 10-RV-688 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə "Mercedes"də olan 3 nəfər - Ucar sakinləri, 1972-ci il təvəllüdlü Kərimova Mehriban Əlisurət qızı və onun iki övladı, 2003-cü il təvəllüdlü Kərimova Aysu Teymur qızı, 2016-cı il təvəllüdlü Kərimov Yusif Teymur oğlu xəsarət alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












