Göyçayda yola tökülən nar suyu qəzaya səbəb olub, xəsarət alanlar var

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhərindən keçən hissəsində qeydə alınıb. Göyçayın Bığır kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov İqrar İlqar oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən nar emalı zavodunun qarşısında yola tökülmüş nar suyunun üstündən keçərkən avtomobil sürüşərək idarəetməni itirib yolun kənarında dayanmış "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücü İ.Bədirov və sərnişinləri - Bığır kənd sakini, 1992-ci il təvəllüdlü Kərimov Etibar Mehrixan oğlu, Çayarxı kənd sakini, 1989-cü il təvəllüdlü Hümbətov Hümbət Mustafa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Nar suyunun yola nar emalı zavoduna məhsul daşıyan yük avtomobillərindən töküldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












