Göyçayda yük və minik avtomobilləri toqquşdu: 5 nəfər xəsarət alıb

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə hadisə bu gün Göyçay şəhərində qeydə alınıb. Rayonun Kürdəmiş kənd sakini, 1962-ci il təvəllüdlü Nəzərov Əlimirzə Saməddin oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn "QAZEL" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı sürücü Ə.Nəzərov və yük avtomobilinin sürücüsü, həmçinin sərnişinləri, Ucar rayonu Qaracallı kənd sakinləri - 1990-cı il təvəllüdlü Yusifov Pərviz Qüdrət oğlu, 2001-ci il təvəllüdlü Həmzəyev Şahvələd Mahir oğlu, 1995-ci il təvəllüdlü Həmzəyev Həmzə Mahir oğlu, 1982-ci il təvəllüdlü Abdurrəhimov Əşrəf Qismət oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Anidən əks yola çıxmaq istədi qəza baş verdi - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












